İlham Əliyev: “Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, o cümlədən əsl dost ölkələrdir”
Yeniliklərdən dərhal xəbərdar olun
“Yunanıstan ilə Bolqarıstan arasındakı interkonnektor Azərbaycanın təbii qaz təchizatının coğrafiyasını genişləndirmək imkanını yaratdı. Bu layihə Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinə artıq töhfə verir”.
BAKU.WS xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimində səsləndirib.
Bir ay əvvəl Prezident Radevin Azərbaycanda qonaq olduğunu deyən dövlətimizin başçısı qeyd edib:
“Bu, həqiqətən ölkələrimiz arasında əməkdaşlıq səviyyəsini göstərir. O, siyasi dialoqun dinamikasını nümayiş etdirir və göstərir ki, Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, o cümlədən əsl dost ölkələrdir”.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya iş adamları ilə görüşü olub - FOTO - YENİLƏNİB
Xəbər verildiyi kimi, martın 13-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub. B...