İlham Əliyev Baş prokuror vəzifəsinə yeni namizəd irəli sürüb
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələ Milli Məclisə daxil olub.
BAKU.WS “Report”a istinadən xəbər verir, Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.
Məsələ yaxın vaxtlarda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın Baş prokuroru Zakir Qaralovdur. O, 25 aprel 2000-ci il tarixdən bu vəzifəni tutur.
Oxşar xəbərlər
Milli Məclisdə komitələrin üzvləri məlum oldu - SİYAHI
Milli Məclisin bu gün keçirilən iclasında komitələrə üzv olan deputatların adları məlum olub. BAKU.WS xəbər verir ki, yığıncaqda Milli Məclisin Hüquq siyasəti...