İlham Əliyev: "Azərbaycan Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini dəstəkləyir"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini dəstəkləyir və bu məsələdə Pakistan ilə həmrəydir.
BAKU.WS xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 16-da Səmərqənddə Pakistanın Baş naziri Şahbaz Şərif ilə görüşündə deyib.
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir məsələsi üzrə kontakt qrupun üzvüdür.
Söhbət zamanı ölkələrimiz arasında nəqliyyat, logistika, kənd təsərrüfatı, energetika, investisiyaların təşviqi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb və aidiyyəti dövlət qurumlarına tapşırıqlar verilib.
Oxşar xəbərlər
İlham Əliyev Pakistanın Baş naziri ilə görüşüb - FOTO - YENİLƏNİB
Sentyabrın 16-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif ilə görüşü olub. BAKU.W...