Leyla Həsənova COP29 iştirakçılarına: Qərarlarınızın indiki və gələcək nəsillərə təsir edə biləcəyini düşünün
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan "Uşaqlar, gənclər və iqlim fəaliyyəti haqqında" bəyannaməni imzalamaqla uşaqlar və gənclərin hamımız üçün xüsusi diqqət mərkəzində olması siqnalını verdi.
"Report" xəbər verir ki, bunu COP29-un Azərbaycan üzrə gənclər iqlim çempionu Leyla Həsənova "Uşaqlar, gənclər və iqlim fəaliyyəti haqqında" bəyannamənin imzalanma mərasimində qeyd edib.
O qeyd edib ki, COP29 Sədrliyi uşaqları və gəncləri bu ilin iqlim siyasətində ön plana çəkmək öhdəliyini götürüb:
"İqlim dəyişikliyi müzakirə edilərkən burada uşaqları və gəncləri diqqətdə saxlamalıyıq. Qərarlarınızın indiki və gələcək nəsillərə təsir edə biləcəyini düşünün. Önümüzdəki həftələr ərzində və sonrakı aylarda gənclər üçün iqlim fəaliyyətində irəliləyiş əldə etmək üçün əlavə imkanlar olacaq".
O əlavə edib ki, iqlim maliyyəsinin uşaqlar və gənclər üçün əlçatan olması təmin edilməlidir.
Oxşar xəbərlər
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirak...