Leonid Aqutin: "Müharibəni dayandırın, razılaşın!"

Leonid Aqutin: Müharibəni dayandırın, razılaşın!
Siyasət 217

Rusiyalı məşhur müğənni Leonid Aqutin Rusiya-Ukrayna müharibəsindən yazıb.

BAKU.WS xəbər verir ki, sənətçi hər gün müharibədə ölənlərin sayının artdığını deyib. Qan tökülməsinin səbəbkarını açıqlamayan Aqutin Rusiyanı da təcavüzkar adlandırmayıb:

"6 gündür qorxu və çaşqınlıq içindəyəm. Dəhşətli faciədən 6 gün ötür. Allah görür, hər zaman vətənpərvər insan olmuşam. Nə siyasi şüarlar səsləndirmək, nə də vəziyyəti təhlil etmək fikrindəyəm.

Dua edirəm - müharibəni dayandırın! Razılığa gəlin! Hər gün uşaqlarımız, Ukrayna vətəndaşları ölür, hər iki tərəfdən milyonlarla bədbəxt olan talelər, onların ağrıları və qorxuları var. Böyük oyunun bütün iştirakçıları siyasi ambisiyalarının başqa üsulunu tapmalıdırlar".

Son xəbərlər