Lavrov: Vəzifəmi vicdanla yerinə yetirmişəm
Rusiya Xarici işlər nazirinin səlahiyyətlərini icra edən Sergey Lavrov hökumətin istefasından sonra ilk dəfə açıqlama verib.
BAKU.WS xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
“Bütün bu illər ərzində mən nəinki bəzi vəzifələr tutmuşam, vəzifələrimi daim vicdanla yerinə yetirmişəm. Mən indi bunu etməyə davam edirəm",-deyə Lavrob bildirib.
Qeyd edək ki, Lavrov yeni hökumətin tərkibində qalıb-qalmayacağına dair sualı cavabsız qoyub.
Lavrov yanvarın 15-də vəzifəsindən gedib. Bu, Baş nazir Dmitri Medvedevin bütün hökumətin istefası barədə açıqlamasından sonra məlum olub. Konstitusiyaya görə, nazirlər yeni hökumətin formalaşmasına qədər işlərini davam etdirəcəklər. Medvedev, dövlət başçısının Konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı verdiyi təkliflər fonunda bu qərarın doğru olduğunu söyləyib.
Lavrov 2004-cü ilin martından Rusiyanın Xarici işlər naziri vəzifəsini icra edirdi. Bundan əvvəl, 1994-cü ildən 2004-cü ilə qədər Rusiya Federasiyasının BMT və BMT Təhlükəsizlik Şurasında daimi nümayəndəsi olmuşdu.
Oxşar xəbərlər
Putin Medvedevə yeni vəzifə təklif edib
Rusiya Prezidenti Vladimir Putin ölkənin keşmiş baş naziri Dmitri Medvedevə yeni vəzifə veriləcək. BAKU.WS-in məlumatına görə, Putin Medvedevə yeni təsis olunan...