Lavrov: “UNESCO-nun Dağlıq Qarabağdakı abidələrin mühafizəsi ilə bağlı aktivlik göstərəcəyinə ümid edirik”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya tərəfi Qarabağdakı abidələrin mühafizəsi ilə bağlı UNESCO-nun böyük aktivlik göstərəcəyini hesab edir.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Lavrov bu yaxınlarda UNESCO-nun rəhbərliyi ilə danışdığını deyib.
O, Dağlıq Qarabağda mədəni, dini, sivilizasiya mirasının qorunub saxlanılması üçün bu təşkilatın öz xidmətlərini müvafiq konvensiyalara uyğun olaraq daha səmərəli göstərməyinin qaçılmaz olduğunu vurğulayıb: “Hesab edirik ki, UNESCO Suriyada, xüsusilə Hələb və Palmirdə mədəni abidələrin mühafizəsinin təşkili ilə bağlı çoxsaylı müraciətlərimizə diqqət göstərməsə də, burda böyük aktivlik nümayiş etdirəcək”.
Qeyd edək ki, Rusiyanın bir neçə nazirindən ibarət nümayəndə heyəti Ermənistanda səfərdə olub.
Oxşar xəbərlər
Hikmət Hacıyev: "Azərbaycan ATƏT-in Minsk qrupu çərçivəsində konkret danışıqların tərəfdarıdır"
Azərbaycan Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev Rusiya çıxan “Kommersant” (“Ъ”) qəzet...