Latviyanın müdafiə naziri: “Şuşada olmaq böyük şərəfdir”

Latviyanın müdafiə naziri: “Şuşada olmaq böyük şərəfdir”
Siyasət 95

Azərbaycanda səfərdə olan Latviya Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks Şuşaya səfər edib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, nazir Şuşada “Qarabağ atları” adlı sərginin açılış mərasiminə qatılıb.

“Mənim üçün Şuşada olmaq, bu sərgidə iştirak etmək böyük şərəfdir”, - Artis Pabriks vurğulayıb.

O bildirib ki, sərgidə Qarabağ atlarının fotoları nümayiş olunur: "Atlar həmişə azadlığın, dostluğun rəmzi olub. Düşünürəm ki, sərgi azadlığı, birliyi, qayıdışı təmsil edir”.

Müdafiə naziri əlavə edib ki, Bakıdan Şuşaya gələrkən yol boyu dağıntıları görüb: “Mən hər kəsə sülh və xoşbəxtlik arzu edirəm”.

Son xəbərlər