Latviya Prezidenti Azərbaycana rəsmi səfər edəcək

06
mar
2023
11:21
Latviya Prezidenti Eqils Levits martın 8-də Azərbaycana rəsmi səfər edəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, Latviya dövlət başçısı Bakıda bir sıra ikitərəfli görüşlər keçirəcək.
Üstəlik, E.Levitsin martın 9-dan 11-dək Bakıda keçiriləcək Qlobal Bakı Forumunda iştirakı nəzərdə tutulub.
Xatırladaq ki, X Qlobal Bakı Forumu “Dünya bu gün: çağırışlar və ümidlər” mövzusunda keçiriləcək. Forumda enerji təhlükəsizliyi məsələləri, Avrasiya məkanında nəqliyyat dəhlizlərinin aktuallığı, Çinin qlobal inkişafda rolu və digər məsələlər müzakirə ediləcək.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...