Latifa Axerbaş: "Medianın məqsədi dezinformasiyanın qarşısını alaraq etimadı yenidən bərpa etməkdir"
"Bu gün medianın məqsədi dezinformasiyanın qarşısını almaqla bərabər, ictimai etimadı yenidən bərpa etməkdir".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Mərakeş Krallığının Audiovizual Kommunikasiya üzrə Ali Qurumunun (HACA) prezidenti Latifa Axerbaş IV Şuşa Qlobal Media Forumunda deyib.
Onun sözlərinə görə, media və dövlət qurumları media sahəsində ortaq məsuliyyət daşıyırlar:
"Tədqiqatlara görə, insanların 56%-i xəbərləri daha çox sosial şəbəkələrdən əldə edir. Lakin bu, xəbərlərin nə qədər doğru olmasını sual altında qoyur".
O qeyd edib ki, bu gün əsas məqsəd yalnız dezinformasiyaya qarşı mübarizə aparmaq deyil, həm də ictimai etimadı yenidən bərpa etməkdir:
"Hər bir ölkənin media və kommunikasiya sahəsində özünəməxsus yanaşması və inkişaf modeli mövcuddur. Bu platforma öz təcrübəmizi və ekspertizamızı bölüşmək üçün əlverişli imkan yaradır".
Oxşar xəbərlər
Azərbaycan və Slovakiya Prezidentləri bu gün Ağdama səfər edəcəklər
Azərbaycan və Slovakiya Prezidentləri bu gün Ağdama səfər edəcəklər. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev iyulun 14-ü Şuşada Slo...