KXDR liderinin Putinə verdiyi hədiyyə məlum oldu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
KXDR lideri Kim Çen In Vladimir Putinin ölkəyə səfəri zamanı Rusiya liderinə büst və Putinin Qızıl Meydan üzərində portreti olan tablo hədiyyə edib.
Bu, barədə Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) dərc etdiyi fotoşəkillərdən görünür.
Ağ büstdə Vladimir Putin kostyum və qalstukda təsvir olunub, mərmərdən hazırlanmış qara postament üzərində isə "dərin hörmətli" və "sizə sağlamlıq arzulayıram" sözləri yazılıb.
Rusiya prezidentinin portreti olan tablo oyma işləri ilə bəzədilmiş düzbucaqlı çərçivədədir. Qara tuval üzərində Kreml təsvir olunub, yanında isə Müqəddəs Vasili Kilsəsi göstərilib. Həmçinin tabloda atəşfəşanlıq görünür və mərkəzdə Vladimir Putinin portreti yerləşdirilib.
Qalereya
Oxşar xəbərlər
Putinin KXDR liderinə hədiyyə göndərdiyi maşın Cənubi Koreyanı qəzəbləndirib - FOTO
Rusiya prezidenti Vladimir Putin Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Ina "Aurus" markalı lüks avtomobil hədiyyə edib. Buna səbəb KXDR l...