KİV: “Türkiyə, Rusiya, Ukrayna və BMT “taxıl dəhlizi”nin yol xəritəsini hazırlayıb”

KİV: “Türkiyə, Rusiya, Ukrayna və BMT “taxıl dəhlizi”nin yol xəritəsini hazırlayıb”
Siyasət 65

Türkiyənin Rusiya, Ukrayna və BMT rəsmiləri ilə apardığı danışıqlar nəticəsində “taxıl dəhlizi”nin işə salınması ilə bağlı yol xəritəsi hazırlanıb.

BAKU.WS APA-ya istinadən xəbərə verir ki, bu barədə “Anadolu” agentliyinə diplomatik mənbələrdən bildirilib.

Qeyd olunub ki, bütün tərəflər yol xəritəsinin detallarını müzakirə etmək üçün yaxın günlərdə İstanbulda görüşə bilər.

Məlumata əsasən, BMT-nin koordinasiyası altında İstanbulda yaradılması planlaşdırılan mərkəz vasitəsilə Ukrayna və Rusiyadan 20 milyon ton taxılın dünya bazarlarına çıxarılması planlaşdırılır.

Son xəbərlər