KİV: İsrail ordusu Qəzza zolağına daxil olub
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Müdafiə Ordusunun quru qüvvələrinin bölmələri HƏMAS hərəkatına qarşı reyd keçirmək üçün cümə gününə keçən gecə Qəzza zolağına daxil olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, reyddə İsrail ordusunun 36-cı diviziyasının piyada bölmələri, zirehli texnikası və mühəndis bölmələri iştirak edir.
Bildirilib ki, onlar bir neçə saatdır Qəzzadadırlar və "HƏMAS-la terrorçu hədəflərə" qarşı fəaliyyət göstərirlər. Qəzetin qeyd etdiyi kimi, reyd başa çatdıqdan sonra hərbi hissələrin İsrail ərazisinə qayıdacağı gözlənilir.
Oxşar xəbərlər
İsrail BMT-dən üzr istəməsini tələb edib
İsrail HƏMAS-ın “döyüş maşını” çevrilməsinə imkan verən BMT və Təhlükəsizlik Şurasının bəzi üzvlərindən üzr istəməsini tələb edib. “Report” xəbər verir ki, bu b...