KİV: Gürcüstan baş naziri istefa verəcək
11
fev
2021
13:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan mətbuatı ölkənin baş naziri Giorgi Qaxariyanın istefa verəcəyi barədə məlumatlar yayıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hökumət başçısının müavini, xarici işlər naziri David Zalkaliani məsələyə münasibət bildirib.
O, məlumatları qeyri-ciddi, absurd və əsassız adlandırıb: “Giorgi Qaxariya postunu tərk etmir. O, çox ciddi, ləyaqətli dövlət xadimi, önəmli islahatlar həyata keçirən siyasətçidir”.
XİN başçısı hakim komandada güclü birliyin olduğunu qeyd edib.
Oxşar xəbərlər
Gürcüstanın yeni hökuməti təsdiqləndi
Gürcüstan parlamenti yeni hökumətin tərkibinə etimad göstərib. BAKU.WS report-a istinadən xəbər verir ki, 85 deputat yeni hökumətin lehinə səs verib. Giorgi Qax...