KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27
apr
2024
18:12
Ermənistanda bir qrup müqaviləli hərbçi ordu sıralarında xidmətdən istefa verib.
“Report” xəbər verir ki, bu barədə “Yerevan.today” məlumat yayıb.
Bildirilib ki, onlar Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı vəziyyətə etiraz olaraq bu addımı atıblar.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi KİV-i yalan və dezinformasiya yaymaqdan çəkinməyə, rəsmi hesabat və açıqlamalara istinadən etməyə çağırır.
Oxşar xəbərlər
Nikol Paşinyan: Sərhədlərin delimitasiyası yeni müharibənin qarşısını ala bilər
Tavuşda sərhədin delimitasiyası Azərbaycanla yeni müharibənin qarşısını ala bilər. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 10-da parlamentdə çıxışı...