KİV: ABŞ ilin sonunda "HIMARS" MLRS-ni Tayvana tədarük edə bilər

KİV: ABŞ ilin sonunda HIMARS MLRS-ni Tayvana tədarük edə bilər
Siyasət 43

ABŞ hökuməti ilk "HIMARS" reaktiv yaylım atəş sistemlərinin buraxılış qurğularını 2024-cü ilin sonlarında Tayvana təhvil verə bilər.

Bu barədə Taipei Times qəzeti məlumat yayıb.

Məlumata görə, Tayvan ABŞ ilə ümumilikdə 29 buraxılış qurğusunun alınmasına dair iki saziş imzalayıb. İlk partiyanın, yəni 11 kompleksin tədarükünə cari ilin sonunda başlanacaq və 2025-ci ildə tamamlanacaq.

Qalan 18 buraxılış qurğusu isə 2026-cı ilin sonunadək təhvil veriləcək.

Dəyəri təxminən 1 milyard ABŞ dolları olan ikinci partiyaya 864 adi raket və 300 km-ə qədər uçuş məsafəsi olan "84 MGM-140 ATACMS" taktiki ballistik raket də daxildir.

Son xəbərlər