Kuyunçiç: İranın Naxçıvana hücumları müharibənin yayılma riskini artırır
İranın Naxçıvana dron hücumları qəbuledilməzdir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəsi Mariyana Kuyunçiç "X" sosial şəbəkəsində bildirib.
"İran dronlarının Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisinə hücumları qəbuledilməzdir və İran tərəfindən vəziyyətin daha da gərginləşdirilməsi deməkdir. Bu, müharibənin Yaxın Şərq hüdudlarından kənara çıxma ehtimalını artırır. Aİ Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduğunu bildirir", - o yazıb.
Xatırladaq ki, martın 5-də İran pilotsuz uçuş aparatları ilə Naxçıvan ərazisindəki obyektlərə hücum edib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu XİN-ə çağırılıb. Azərbaycan tərəfi cavab zərbəsi endirmək hüququnu özündə saxladığını bəyan edib.
Oxşar xəbərlər
İslam Əməkdaşlıq Təşkilatı: "İranın Naxçıvana hücumu Azərbaycanın təhlükəsizliyinə və sabitliyinə təhlükə yaradır"
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi İranın Azərbaycan ərazisində Naxçıvana dron hücumlarını kəskin şəkildə pisləyib. BAKU.WS Oxu.Az-a istinadən xə...