Kurt Kobeynin sınmış gitarası inanılmaz məbləğə satıldı - FOTO

Kurt Kobeynin sınmış gitarası inanılmaz məbləğə satıldı - FOTO
Foto
Siyasət 236

ABŞ-nin "Nirvana" rok qrupunun mərhum solisti Kurt Kobeynin sınmış "Fender Stratocaster" elektrik gitarası 596 900 dollara satılıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, 1990-cı illərin əvvəllərində musiqiçi "Endless, Nameless" mahnısının yazılması zamanı onu sındırıb.

Daha sonra gitaranın hissələri yenidən yığılıb bərpa olunsa da, işlək deyil.

Hərracı keçirən "Julien's Auctions" alıcının kimliyi açıqlanmayıb.

Son xəbərlər