Kseniya Sobçak Rusiya-Azərbaycan gərginliyində Bakının tərəfini tutdu
Rusiyalı jurnalist və siyasətçi Kseniya Sobçak Yekaterinburqda iki azərbaycanlının qətlə yetirilməsi ilə bağlı Azərbaycan və Rusiya arasında artan gərginliyə münasibət bildirib.
BAKU.WS xəbər verir ki, o, özünün "Telegram" kanalında yazib:
"İndi azərbaycanlı KİV-lər otopsi görüntüləri dərc edir, bu görüntülərdə kişilərin bədənlərində demək olar ki, sağlam yer qalmadığı görünür. Xatırladıram ki, hətta bir şəxs şübhəli olsa belə (onun günahı hələ sübuta yetirilməlidir!), bu, işgəncələrə icazə vermir. Onların milliyyəti, vətəndaşlığı və ya nədə şübhə olunduğu önəmli deyil".
Sobçakın fikrincə, ayrı-ayrı hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkətləri beynəlxalq qalmaqala səbəb olub.
"Sonra isə təəccüblənəcəyik ki, niyə bizi "orada" sevmirlər, gözləmirlər və niyə bizi saxlayırlar. Bütün bunlar ona görədir ki, kimsə öz cəzasızlığına çox inanır", - deyə o yazıb.
Oxşar xəbərlər
Ukrayna Prezidenti: Təhlükəsizlik sahəsində çox dərin əməkdaşlıq qura bilərik
Müdafiə sənayesinə gəldikdə, təhlükəsizlik elə bir sahədir ki, burada çox dərin əməkdaşlıq qura bilərik. Biz bu məqsədə nail olmaq üçün çox çalışmalıyıq. BAKU.W...