Kritik qərar anı: Tehran son anda həmlə edəcək?

Kritik qərar anı: Tehran son anda həmlə edəcək?
Video
Siyasət 39

ABŞ Trampın İrana verdiyi 10 günlük vaxt bitir. Vaşinqtonun təbiri ilə desək, Tehran ya razılaşmaya gəlməli, ya da Hörmüz boğazını yenidən açmalıdır.

BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.

Əsas sual o deyil ki, 10 günlük vaxt bitdi, indi nə olacaq? Əsl sual budur ki, Tramp bu ultimatumu diplomatik təzyiq aləti kimi saxlayır, yoxsa real hərbi mərhələyə keçid nöqtəsinə çevirir?

Çünki Vaşinqtonun irəli sürdüyü şərtlər ağırdır. Söhbət nüvə silahından tam imtina, uranın zənginləşdirilməsi fəaliyyətinin dayandırılması, zənginləşdirilmiş uran ehtiyatlarının BAEA-ya verilməsi, Natanz, İsfahan və Fordo obyektlərinin bağlanması, həmçinin raketlərdən yalnız müdafiə məqsədləri üçün istifadədən gedir.

Tehran isə cavabında daha sadə, amma Vaşinqton üçün daha çətin şərtlər irəli sürür.

Son xəbərlər