Kremlindən AÇIQLAMA: ABŞ-Rusiya görüşmələrindən dərhal nəticə gözləmək "çox çətindir"
Yeniliklərdən dərhal xəbərdar olun
Kremlin sözçüsü Dmitri Peskov Avropa ölkələrinin Ukraynaya hərbi dəstəyi davam etdirməsinin Moskva ilə Vaşinqton arasında konstruktiv dialoqu çətinləşdirdiyini bildirib və bu səbəbdən danışıqlardan dərhal nəticə gözləməyin "çox çətin" olduğunu vurğulayıb.
BAKU.WS haber global-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff aprelin 11-də Rusiyaya səfər edərək Prezident Vladimir Putinlə Ukraynadakı vəziyyəti müzakirə edib.
Peskov jurnalistlərə açıqlamasında danışıqların intensiv şəkildə davam etdiyini, lakin mövzunun mürəkkəbliyi səbəbilə qısa müddətdə nəticə əldə olunmasının real olmadığını deyib.
O bildirib: "Sülh naminə Moskva ilə Vaşinqton arasında ciddi iş aparılır". Kreml sözçüsü Avropa ölkələrinə də tənqidlərini yönəldərək onların "sülh deyil, müharibə naminə" çalışdıqlarını iddia edib.
Oxşar xəbərlər
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər v...