Kralın şəxsi mühafizəçisi öldürüldü
29
sen
2019
20:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin şəxsi mühafizəçisi qətlə yetirilib.“Ölkə.Az” qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün Ciddə şəhərində qeydə alınıb.Belə ki, briqada generalı Əbdüləziz bin Bəddah əl-Fağım dostu Turki Ben Abdel-Əzizin evinə qonaq gedib. Bu zaman general Əbdüləziz bin Bəddah əl-Fağımın digər dostu Mahmud Ben Maşaalla mübahisə edib.Mübahisədən sonra Mahmud Ben Maşaal evi tərk edib və silahla geri qayıdıb. O, atəş açaraq xidmətçini və generalı yaralayıb.Maşaal hadisə yerinə gələn hüquq-mühafizə orqanının əməkdaşları ilə də atışıb və öldürülüb. Bundan başqa, atışmada təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı da yaralanıb.Kralın mühafizəçisi xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul edib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Vəlid bin Məhəmməd Əl-Səmaaninin başçılıq etdiyi...