Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində YENİ TƏYİNAT

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi, baş ədliyyə müşaviri Məmmədov Heydər Vidadi oğlu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Baş prokurorluğun veb saytının müvafiq bölməsində məlumatlar yenilənib.Baş Prokurorluğun Mətbuat Xidmətindən BAKU.WS-ə faktı təsdiqləyiblər.
Qeyd edək ki, Baş İdarənin rəis müavini vəzifəsində daha əvvəl baş ədliyyə müşaviri Orxan İsayev çalışıb.
O, Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsinə təyin olunub.
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı (SİYAHI)
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.Dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə...