Rusiyada körpəsini anasının qucağından qaçıran şəxs həbs edilib

Rusiyada körpəsini anasının qucağından qaçıran şəxs həbs edilib
Siyasət 73

Moskvada uşaq qaçırmaqda ittiham olunan, əvvəllər məhkum olunmuş 27 yaşlı kişi həbs edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Lenta.ru-ya paytaxtın ümumi yurisdiksiyasına daxil olan məhkəmələrin mətbuat xidmətindən məlumat verilib.

İyulun 24-də cinayətkar uşaq meydançasına girərək 38 yaşlı ananın əlindən körpəni alaraq qaçırıb. Hadisənin şahidi olan vətəndaşlar onun arxasıycan qaçıblar. Onu polisə təhvil veriblər. Saxlanılan şəxsin sərxoş olduğu məlum olub.

Qeyd edək ki, Aleksey Kiriçenko sentyabrın 24-dək istintaq təcridxanasında qalacaq.

Son xəbərlər