Koronavirusun qeydə alınmadığı yeganə Avropa ölkəsi məlum oldu
12
mar
2020
15:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Avropada koronavirusa yoluxma faktının təsdiq olunmadığı yeganə ölkə Monteneqro olub.
BAKU.WS xəbər verir ki, bunu ölkənin İctimai Səhiyyə İnstitutunun epidemioloqu İqor Qali deyib.
O bildirib ki, bu günədək ölkədə 2 mindən çox şəxs koronavirus şübhəsi ilə müayinə olunub, onlardan 392 nəfəri müşahidə altında qalır. Bununla belə indiyədək koronavirus heç bir xəstədə aşkar edilməyib.
Qeyd edək ki, dünyada 127 mindən çox insan koronavirusa yoluxub, 4,6 mindən çox xəstə ölüb, 68 mindən çoxu isə sağalıb.
Oxşar xəbərlər
Dünyada koronavirus təxribatını kimlər və nə məqsədlə yayır?
Dünyanı qorxuya salan koronavirus epidemiyası insanlarda böyük vahimə yaradıb. Lakin bunun arxasında KİV-lər dayanıb. Belə ki, COVID-19 virusuna dünyanın 120-də...