Koronavirusdan sonra Çinin valyuta ehtiyatları 46 milyard dollar azalıb

Koronavirusdan sonra Çinin valyuta ehtiyatları 46 milyard dollar azalıb
Siyasət 64

Martda qlobal aktivlərin qiymətlərinin düşməsinin və yuanın zəifləməsi fonunda Çinin valyuta ehtiyatları gözləniləndən daha çox azalaraq son 17 ayın ən aşağı səviyyəsinə enib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, mart ayında ölkənin valyuta ehtiyatları 46,085 mlrd. ABŞ dolları azalaraq 3,061 trln. dollara enib.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən baş verən riskli aktivlərin qlobal satışı yuanı dollara qarşı 1,27% ucuzlaşdırıb.

Bundan əlavə, martın sonuna Çinin qızıl ehtiyatlarının dəyəri fevralın sonundakı 100,85 mlrd. dollardan 100,79 mlrd. dollara enib.

Son xəbərlər