Komitə sədrinə yeni müavin təyin edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Diasporla İş üzrə Dövlət Komitəsi sədrinə yeni müavin təyin edilməsi haqqında sərəncam imzalayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, sərəncama əsasən, Elşad Əliyev Dövlət Komitəsi sədrinin müavini təyin olunub.
O, bu təyinatadək Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru vəzifəsində çalışıb. Fond Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərir.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini olan Faiq Quliyev avqustun 17-də Azərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...