Köçəryan Paşinyanı məhkəməyə verdi - 2 milyon kompensasiya tələb edir

07
apr
2020
17:06
Ermənistanın sabiq prezidenti Robert Köçəryan Baş naziri Nikol Paşinyanı məhkəməyə verib.
BAKU.WS xəbər verir ki, bu barədə "Armtimes" portalı məlumat yayıb.
Köçəryan şərəf və ləyaqəti ictimai böhtandan qorumaq üçün iddia qaldırıb. Məhkəməyə iddia aprelin 3-də təqdim olunub və Yerevan şəhərinin ümumi yurisdiksiyasının hakimi Tiqran Qriqoryan tərəfindən imzalanıb.
Robert Köçəryanın nümayəndəsi Hayk Alumyan məhkəmədən 2 milyon dram miqdarında təzminat tələb etdiklərini söyləyib.
Oxşar xəbərlər
Putin yeni hökumətin tərkibini təsdiq etdi - SİYAHI
Rusiya prezidenti Vladimir Putin yeni Nazirlər Kabinetin tərkibi ilə bağlı fərman imzalayıb. BAKU.WS Rusiya KİV-lərinə istinadən xəbər verir ki, fərmana əsasən,...
