Kiyevə raket zərbəsi nəticəsində xarici ölkənin jurnalisti yaralanıb - FOTO

Kiyevə raket zərbəsi nəticəsində xarici ölkənin jurnalisti yaralanıb - FOTO
Foto
Siyasət 126

Rusiya ordusu bu gün səhər saatlarından etibarən Ukraynanın bir sıra şəhərlərinə, eləcə də paytaxt Kiyevə raket zərbələri endirib. Raket zərbələri nəticəsində yaponiyalı jurnalist yaralanıb.

BAKU.WS Xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.

Onun sözlərinə görə, paytaxta edilən hücum zamanı Yaponiyanın “The Asahi Shimbun” qəzetinin müxbiri Vataru Sekita yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

Bu gün Kiyevdə 8 mülki şəxs xəsarət alıb.

Son xəbərlər