Vitali Kliçko: “Biz təslim olmayacağıq”

Vitali Kliçko: “Biz təslim olmayacağıq”
Siyasət 150

Ukraynalıların geri çəkiləcək yerləri yoxdur və biz evimizi ruslardan qoruyacağıq.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bunu paytaxt meri Vitali Kliçko martın 3-də “Reuters” agentliyinin efirində “Skype” yayımı zamanı deyib.

“Biz təslim olmayacağıq. Geri çəkiləcək yerimiz yoxdur. Ukraynaya qarşı bu müharibədə artıq minlərlə insan həlak olub. Və bu say təəssüf ki, artacaq”, - Kliçko bildirib.

O vurğulayıb ki, Kiyev hakimiyyəti yetimləri Polşa və Almaniyaya təxliyə edib.

“Vəziyyət gərgindir, insanlar təşvişdədir, çünki yaşayış məntəqələrinin və kritik infrastrukturun atəşə tutulması davam edir”, - deyə Kliçko qeyd edib.

Oxşar xəbərlər

Zelenski Belarus əhalisinə müraciət etdi - VİDEO

Zelenski Belarus əhalisinə müraciət etdi - VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski Belarus vətəndaşlarına müraciət edib. BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ukrayna lideri müraciətində deyib:...

716 Siyasət 14:00 27 fevral 2022

Son xəbərlər