Kiyevə hücumun ANBAAN görüntüləri yayımlandı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 4-nə keçən gecə Rusiya ordusu Ukraynanın paytaxtına növbəti dəfə hava hücumu həyata keçirib.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Kiyevdən son məlumatları çatdırıb.
Onun sözlərinə görə, paytaxt son bir həftədə artıq 4-cü dəfə hava hücumuna məruz qalıb:
“Bu dəfə hücumlar Kiyevin mərkəzi hissəsində müşahidə olundu. Ukrayna silahlı qüvvələrinin hava hücumundan müdafiə sistemləri dronların əksəriyyətini havada ikən məhv etdi”.
Kiyev Hərbi Administrasiyasının sözçüsü Mixail Şamanovun sözlərinə görə, vurulan pilotsuz uçuş aparatı binalardan birinin üzərinə düşərək yanğına səbəb olub.
Daha ətraflı Baku TV-nin hazırladığı süjetdə:
Oxşar xəbərlər
Xersonda azərbaycanlıların sıx yaşadıqları məhəllə raket hücumuna məruz qalıb - VİDEO
Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. O bildirib ki, ötən gün Kiyev də daxil o...