Kiyevdə partlayış olub - VİDEO

Kiyevdə partlayış olub - VİDEO
Video
Siyasət 107

Bu gün səhər saatlarında Ukraynanın Kiyev vilayətinin Borispol şəhərində partlayış baş verib.

BAKU.WS UNİAN informasiya agentliyinə istinadən xəbər verir ki, partlayışdan sonra yanğın başlayıb.

Hadisə ilə əlaqədar bölgədə hava hücumu xəbərdarlığı işə salınıb.

Daha sonra Borispol şəhərinin meri Vladimir Borisenko vəziyyəti izah etdi. O, bunun düşmən təxribatı olmadığını vurğulayıb. Onun sözlərinə görə, bu, dəmiryol vağzalının ərazisindəki müəssisədə baş verən yanğındır.

Bundan əvvəl Kiyev vilayətinin Brovarı şəhərində bir nəfərin qumbaraya toxunması partlayışa səbəb olmuşdu.

Son xəbərlər