Kiyevdə azərbaycanlı döyüşçünün həlak olmasının TƏFƏRRÜATI - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 27-də Ukraynanın paytaxtı Kiyevin müdafiəsi zamanı Alik ləqəbli azərbaycanlı Elnur Həsənov həlak olub. Onun xatirəsi vuruşduğu “Karpatski Seç” könüllülər batalyonu tərəfindən yad edilib.
BAKU.WS xəbər verir ki, bu barədə dəstənin feysbuk səhifəsində məlumat yayılıb.
1993-cü il təvəllüdlü E.Həsənov snayper qrupunun komandiri olub, həmçinin İkinci Qarabağ müharibəsində də iştirak edib.
O, Rusiyanın Ukraynaya hücumunun ilk günlərindən döyüşlərə qatılıb.
“Mən Xarkovu müdafiə etməyi planlaşdırırdım. Qadınların, uşaqların, yaşlıların necə öldüyünü görəndə mən onları müdafiə etməliyəm. Hər bir insan harada baş verməsindən asılı olmayaraq pislikdən müdafiə olunmalıdır”, - deyə batalyonun sosial şəbəkə hesabında Elnur Həsənovun sitatı dərc olunub.
E.Həsənov İrpendə Rusiya qüvvələrinin mövqelərinin kəşfiyyatı zamanı “Karpaet Seçi”nin könüllüsü David Qoberqişvili ilə birlikdə öldürülüb. Onlar minaatan mərmisinin qəlpəsindən aldıqları yara nəticəsində həlak olublar.
Həmyerlimiz E.Həsənov ailəli və iki uşaq atasıdır. Onun həyat yoldaşı hamilədir.
Oxşar xəbərlər
Ukraynada öldürülən Rusiya ordusunun 10 yüksəkrütbəli zabiti kimdir? - DOSYE
Ukraynada hərbi əməliyyatlar başlayandan bu günə qədər Rusiya Silahlı Qüvvələrinin 4 generalı və 3 polkovniki öldürülüb. Rusiya ordusunun ali komandanlığının öl...