"Kim Milyoner Olmak İster"də aparıcı göz yaşlarına boğuldu - SƏBƏB ... - VİDEO

Kim Milyoner Olmak İsterdə aparıcı göz yaşlarına boğuldu - SƏBƏB ... - VİDEO
Siyasət 1773

Türkiyənin reytinqli layihələrindən olan "Kim Milyoner Olmak İster" yarışmasında təsirli anlar yaşanıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, yarışmaya ötən ilin fevralın 6-da dəhşətli zəlzələdə sağ ayağını itirən 29 yaşlı Aylin Karakuş qatılıb.

O başına gələnlərdən danışarkən aparıcı Kenan İmirzalıoğlu kövrələrək göz yaşlarını saxlaya bilməyib.

"Mən ağlamaq istəmirəm. Həmişə gülmək istəyirəm. Həmişə yaşamaq istəmişəm. Bununla baş etmək çox çətindir. Bəzən 30 yaşıma keçə biləcəyəmmi deyə özümdən soruşuram. Çox çətindir" - deyə Karakuş, bildirib.

Bu zaman Kenan onu qucaqlayaraq ağlayıb.

Son xəbərlər