Kim Çen Inın bacısı Cənubi Koreya prezidentini sərt tənqid edib
Şimail Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çjon Cənubi Koreya prezidenti Yun Sok Yolu sərt tənqid edib.
BAKU.WS xəbər verir ki, məlumatı Koreyanın telegraf agentliyi yayıb (TSAK).
Kim Çen Inın bacısı Cənubi Koreya liderini Şimali Koreya ilə sərhəddəki poliqonda hərbi təlim keçirməsi səbəbindən tənqid edib. O, bildirib ki, Cənubi Koreya dövlət başçısı öz ölkəsini faciə sürükləyərək iki Koreya ölkəsini tarixdə ən pis münasibət həddinə gətirib çıxarıb.
Qeyd edək ki, Cənubi Koreya son 6 ildə ilk dəfə Şimali Koreya ilə sərhəd yaxınlığındakı poliqonda hərbi təlimlər keçərək atəş açıb.
Oxşar xəbərlər
Cənubi Koreyanın hərbi kəşfiyyat peyki Pxenyanın şəkillərini çəkib
Cənubi Koreyanın ötən ilin dekabrında istifadəyə verilmiş ilk hərbi kəşfiyyat peyki Şimali Koreyanın paytaxtı Pxenyanın şəkillərini çəkməyə müvəffəq olub. Bu ba...