Azərbaycan və Türkiyə liderləri enerji, nəqliyyat məsələlərini müzakirə ediblər - YENİLƏNİB

Azərbaycan və Türkiyə liderləri enerji, nəqliyyat məsələlərini müzakirə ediblər - YENİLƏNİB
Foto
Siyasət 122

Aşqabadda Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

BAKU.WS xəbər verir ki, görüşdə iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin strateji müttəfiqlik xarakteri daşıdığı bir daha qeyd edilib.

Söhbət zamanı İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində aparılan müzakirələrə toxunulub, ötən dövr ərzində Türkiyənin təşkilata sədrliyi yüksək qiymətləndirilib.

Eyni zamanda, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, həmçinin postmünaqişə dövründə Cənubi Qafqazda gedən proseslər və mövcud vəziyyət barədə ətraflı fikir mübadiləsi aparılıb.

Prezidentlər, həmçinin enerji və nəqliyyat məsələlərini müzakirə ediblər.

***

19.09

Azərbaycan prezidenti İlham Əliyev Aşqabadda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

BAKU.WS xəbər verir ki, görüş Türkmənistanda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı çərçivəsində baş tutub.

Son xəbərlər