İki ayda 6 mülki şəxs minaya düşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2022-ci ilin fevral ayında 2 hadisə nəticəsində 3 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.
Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyindən BAKU.WS-ə verilən məlumata görə, nəticədə bir mülki şəxs kasetli silah qalığının partlamasından həlak olub və iki mülki şəxs isə piyada əleyhinə mina partlamasından yaralanıb.
"2022-ci ilin fevral ayında minalar və partlamamış hərbi sursatlarla bağlı hadisələr Yevlax və Tərtər rayonlarının ərazisində baş verib.
Ümumilikdə 2022-ci ilin ilk iki ayında 6 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb", - açıqlamada deyilir.
Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi mülki əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar.
Oxşar xəbərlər
Azərbaycanda 97 şəxs minalardan və partlamamış hərbi sursatlardan zərər çəkib
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi tərəfindən 2021-ci ilin ötən dövründə Azərbaycan Respublikasının 97 vətəndaşının minalardan və partlam...