Türkiyədə iki ailə arasındakı davada 41 NƏFƏR YARALANIB - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə kütləvi dava zamanı xeyli insan yaralanıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Batman şəhərinin Beşiri rayonunda baş verib.
Gecə saatlarında kafedə gənclər arasında başlanan dava daha sonra iki ailə arasındakı qarşıdurmaya çevrilib.
Ailələrin bir-birinə daş, dəyənək və bıçaqla hücum etdiyi davada 41 nəfər xəsarət alıb.
1 nəfərin başından aldığı güclü zərbə nəticəsində hazırda vəziyyəti ağırdır.
Hadisə yerinə polis əməkdaşları və təcili yardım cəlb edilib. Yaralılar təcili olaraq yaxınlıqdakı xəstəxanalara aparılıblar.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Qalereya
Oxşar xəbərlər
Türkiyədə zəlzələ qurbanlarının sayı durmadan artır - YENİLƏNİB+11/VİDEO
Türkiyədə zəlzələ qurbanlarının sayı 2316-ya çatıb. 13 min 293 nəfər isə yaralıdır. ***06.02.2023 23.25 Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1 762...