Keyt Middlton xərçəng diaqnozundan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Uels şahzadəsi Keyt Middlton xərçənglə mübarizə apardığını elan etdikdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
BAKU.WS "Sky News"a istinadən xəbər verir ki, əri Şahzadə Vilyam ilə birlikdə o, hər il keçirilən "Trooping the Color" hərbi şousunda iştirak edəcək.
Middleton və ailəsi ənənəvi süvari qvardiyanın paradında iştirak etmək üçün Bukingem sarayına gələn avtomobildə çəkilib.
Xatırladaq ki, martın 22-də Kate Middleton hazırda profilaktik kimyaterapiya keçdiyini açıqlayıb. Şahzadə bildirib ki, xərçəng qarın əməliyyatından sonra edilən testlər zamanı aşkarlanıb. Daha əvvəl də Middltonun keçdiyi kimyaterapiya kursunun təhlükəli yan təsirlərə səbəb olduğu barədə məlumat yayılmışdı.
Uzun müddətdir ictimaiyyət arasında görünməyən 42 yaşlı Keyt Middletonla bağlı müxtəlif şayiələr yayılmışdı, hətta onun öldüyü deyilirdi.
Qalereya
Oxşar xəbərlər
Keyt Middlton kimyaterapiyadan sonra özünü pis hiss edir
Uels şahzadəsi Keyt Middltona yaxın mənbələr onun kimyaterapiyadan sonra özünü pis hiss etdiyi barədə məlumat paylaşıb. BAKU.WS xəbər verir ki, "The Sun" nəşri...