Kərim Vəliyev Selçuk Bayraktaroğluna başsağlığı verib
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğluna başsağlığı verib.
BAKU.WS xəbər verir ki, bu barədə MN-dən bildirilib.
Başsağlığında deyilir: "Azərbaycandan Türkiyəyə yola düşən C130 hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi.
Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin".
Oxşar xəbərlər
Prezidentin qurultaydakı dərinməzmunlu çıxışı çətin və şərəfli yolun geniş təhlili idi - RƏY
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı dərinməzmunlu, proqram xarakterli çıxışı partiyanın keçdiyi çətin və eyni zamand...