Kərim Vəliyev Qətərdə Beynəlxalq Dəniz Müdafiə sərgisində iştirak edir
Azərbaycanın müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Beynəlxalq Dəniz Müdafiə sərgisi və konfransında iştirak edir.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Silahlı Qüvvələri tərəfindən təşkil edilən 9-cu Doha Beynəlxalq Dəniz Müdafiə sərgisi və konfransında ("DIMDEX 2026") iştirak etmək məqsədilə bu ölkəyə səfər edib.
Dəniz təhlükəsizliyi və müdafiə sahəsində beynəlxalq təcrübə mübadiləsi üçün mühüm platforma hesab olunan "DIMDEX 2026" sərgisinin rəsmi açılış mərasimindən sonra general-polkovnik K.Vəliyev və digər ölkələrdən olan rəsmi nümayəndə heyətləri sərgi pavilyonlarında yerləşən stendlərə baxış keçiriblər.
Qalereya
Oxşar xəbərlər
WUF13 Azərbaycan haqqında dolğun məlumatların əldə olunmasına geniş imkanlar açır– RƏY
WUF13-ün açılış mərasimində Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər bir daha onu göstərdi ki, ölkəmizin ev sahibliyi etdiyi hər bir beynəlxalq...