Kənan İşık öldü - FOTO

Kənan İşık öldü - FOTO
Foto
Siyasət 264

Tanınmış aparıcı Kənan Işık vəfat edib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, 10 ildir komada olan aparıcı 76 yaşında dünyasını dəyişib.

O beyninə qan sızması nəticəsində xəstəxanaya yerləşdirilmişdi.

Xatırladaq ki, Kənan Işık 1947-ci ildə Malatyada anadan olub. O Qazi Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsi Dövlət İdarəçiliyi Bölümünü bitirib. Işık 1972-ci ildə Dövlət Teatrları Baş İdarəsi sənətçisi olub.

Məlumat üçün bildirək ki, aparıcı 2014-cü ildə beyin qanaması keçirib. O gündən aktyor komada idi. Kənan Işıkın iki övladı var.

Son xəbərlər