Kəmaləddin Heydərovdan yeni TƏYİNAT
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin Akademiyasına yeni rəis müavini təyin edilib.
BAKU.WS Qaynarinfo-ya istinadla xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Kazımov Kazım Tahir oğlu Akademiya rəisinin müavini təyin olunub.
O bu təyinatdan əvvəl akademiyanın “Yanğın, xüsusi hazırlıq və ixtisas fənləri” kafedrasının rəisi vəzifəsində çalışırdı.
Qeyd edək ki, texnika üzrə fəlsəfə doktoru olan Kazım Kazımov 1982-ci ildə Bakı şəhərində anadan olub.
O, 2008-ci ildə Ukrayna Mülki Müdafiə Universitetini bitirib. Ailəlidir, 3 övladı var.
Xatırladaq ki, ötən ay Akademiyanın rəis müavini, polkovnik Babaşov İlham Balasəlim oğlu vəzifəsindən azad olunub.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...