Kəlbəcərin İstisuyunun yeni görüntüləri - VİDEO

Kəlbəcərin İstisuyunun yeni görüntüləri - VİDEO
Video
Siyasət 718

Kəlbəcər rayonu ərazisində yerləşən “İstisu” sanatoriyasının görüntüləri paylaşılıb.

BAKU.WS-in “oxu.az”a istinadən məlumatına görə, videoda qeyd edilir ki, Kəlbəcər İstisu mineral ehtiyatı və “İstisu” sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində - silsilə dağ yamaclarındadır. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib.

Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqları ilə (Çexiya) eynidir və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilib.

Son xəbərlər