Kəlbəcərdə minaya düşərək şəhid olan vəzifəli şəxs sabah dəfn ediləcək

Kəlbəcərdə minaya düşərək şəhid olan vəzifəli şəxs sabah dəfn ediləcək
Siyasət 146

Media nümayəndələri ilə birgə minaya düşərək şəhid olan Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev sabah dəfn ediləcək.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, Kəlbəcər rayonunun Susuzluq kənd sakini, 1983-cü il təvəllüdlü Arif Ağalar oğlu Əliyev 2012-ci ildən bu vəzifədə çalışıb.

“Susuzluq kəndinin bir çox sakinləri kimi, onun da ailəsi müvəqqəti olaraq Göygöl rayonunun Xasabağ kəndində məskunlaşıb. Üç övladı var. Sabah dəfn ediləcək”, - İcra Hakimiyyətindən qeyd olunub.

Qeyd edək ki, 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Son xəbərlər