Kəlbəcər şəhərindəki 4-cü yaşayış kompleksinə 807 ailə köçürüləcək

Bu gün təməlqoyma mərasimi keçirilən Kəlbəcər şəhərindəki 4-cü yaşayış kompleksinə 807 ailənin köçürülməsi nəzərdə tutulur.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev kompleksdə yaradılacaq şərait barədə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verərkən bildirib.
Bildirilib ki, bu yaşayış kompleksinin ərazisi 10 hektara yaxın olacaq. Yaşayış kompleksində 128 birotaqlı, 304 ikiotaqlı, 293 üçotaqlı, 82 dördotaqlı inşa ediləcək.
Burada 4 mərtəbəli 26 binanın inşası planlaşdırılır.
Binaların 1-ci mərtəbəsində məişət və ticarət obyektləri yaradılacaq.
Oxşar xəbərlər
Ermənistan və Gürcüstan Bakı ilə İrəvan arasında Vaşinqton razılaşmalarını müzakirə edib
Ermənistan və Gürcüstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr zamanı Cənubi Qafqaz regionunda cari hadisələr və Bakı ilə İrəvan arasında Va...
