Keçmiş məcburi köçkünlərin Ağdamda yaşayacağı evlərin görüntüsü - VİDEO

Keçmiş məcburi köçkünlərin Ağdamda yaşayacağı evlərin görüntüsü - VİDEO
Video
Siyasət 1529

28 ildən sonra Ermənistanın işğalından azad edilən Ağdam şəhərində yeni "ağıllı evlər" inşa edilir.

BAKU.WS İTV-yə istinadən xəbər verir ki, müasir texnologiyaların tətbiqi ilə inşa edilən evlərlə yanaşı Ağdamda bütün infrastruktur gələcəyin modeli üslubunda yaradılır.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin müqayisəli üstünlükləri əsasında 4 regional mərkəzin yaradılması nəzərdə tutulub. Cəbrayılda logistika və ticarət mərkəzi, Şuşada mədəniyyət və turizm mərkəzi, Kəlbəcərdə hasilat və turizm mərkəzi yaradılacaqsa, Ağdamda sənaye mərkəzi təşkil olunacaq.

Ağdamda yaradılacaq sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Buraya 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 iş yeri açılacaq.

Ağdamın strateji coğrafi mövqeyi, digər bölgələrlə qovuşuqda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir.

Son xəbərlər