Kaya Kallas Azərbaycana səfər edəcək
22
apr
2025
21:54
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas aprelin 25-də Bakıya səfər edəcək.
Bu barədə Aİ-nin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
Qeyd olunub ki, o, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.
Kallas xarici işlər naziri Ceyhun Bayramovla da görüşəcək. Görüşdən sonra mətbuat konfransı keçiriləcək.
Oxşar xəbərlər
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
Müdafiə Nazirliyi ötənhəftəki məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb. BAKU.WS icmalı təqdim edir: