Karaman valisi Kahramanmaraşda general Etibar Mirzəyevlə görüşüb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Karaman valisi Tuncay Akkoyun zəlzələ bölgəsində, Kahramanmaraş şəhərində Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevlə görüşüb.
"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, görüşdə vali Kahramanmaraşın Türkoğlu rayonunda görülən işlər barədə ətraflı məlumat verib.
T.Akkoyun göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib.
Daha sonra çıxış edən E.Mirzəyev bildirib ki, sona qədər qardaş ölkənin yanında olacaqlarını bildirib:
"Həmişə olduğu kimi, yenə də Türkiyəyə dəstək olacağıq. Keçmiş olsun. Allah bir daha bu acı günləri Türkiyəyə yaşatmasın".
Qalereya
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...