Kamran Əliyev idarə rəisini işdən çıxardı, yenisini təyin etdi
Azərbaycanın Hərbi Prokurorluğunda kadr dəyişikliyi olub.
BAKU.WS teleqraf-a istinadən xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, İsgəndərov Kamran Əlihəsən oğlu Respublika Hərbi Prokurorluğunun Maddi-texniki təminat şöbəsinin rəisi vəzifəsindən azad edilib.
Digər əmrlə, həmin vəzifəyə Mirzəyev Abuzər Surəddin oğlu təyin olunub.
Xatırladaq ki, 2005-ci ildən Azərbaycanın Hərbi prokuroru olan Xanlar Vəliyev aprelin 8-də təqaüdə göndərilib.
Prezident İlham Əliyevin mayın 13-də imzaladığı sərəncamla, Bəhruz Əhmədov Baş prokurorun müavini-Hərbi prokuror təyin edilib.
Oxşar xəbərlər
İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib
Azərbaycan Prezidenti İlham Əliyev Ticarət Gəmiçiliyi Məcəlləsində, "Yol hərəkəti haqqında", "Nəqliyyat haqqında", "Dövlət rüsumu haqqında", "Mülki dövriyyənin...